mobil versiya

Tedros Adhanom Qebreyesus XI Qlobal Bakı Forumunda iştirak edəcək



Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus XI Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana səfər edəcək.
Bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
"Tedros Qebreyesus XI Qlobal Bakı Forumunda iştirak edəcəyi üçün şadıq", - deyə məlumatda qeyd olunub.
T.Qebreyesusun Pandemiya və milli səhiyyə potensialının möhkəmləndirilməsi üzrə Saziş barədə məruzə ilə çıxış edəcəyi gözlənilir.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu 14-16 mart 2024-cü il tarixlərində keçiriləcək.
Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də keçmiş və hazırki dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edəcəklər.


KARUSEL / SİYASƏT
Tarix: 6-03-2024, 11:04