mobil versiya

Buraxılış imtahanı keçiriləcək




Aprelin 21-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanın keçiriləcək.
Bu barədə Dövlət İmtahan Mərkəzindən xəbər verilib.
Bildirilib ki, aprelin 21-də Bakı şəhərinin Xəzər – 2, Nizami, Pirallahı rayonlarında, Sumqayıt – 2Abşeron – 2, Naxçıvan, Göygöl, Goranboy, Naftalan, Şəmkir – 2, Gədəbəy, Qax, Balakən, Zaqatala, Cəlilabad – 2Masallı – 2, Lerik, Bərdə, Tərtər, Yevlax, Göyçay, Ağdaş, Qobustan, Saatlı, Salyan, Xaçmaz –2Quba – 2 rayonlarında, Bakı şəhərinin xüsusi ümumtəhsil müəssisələrində (internat məktəbləri, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), eləcə də tədrisi ingilis, fransız və gürcü dillərində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.
Buraxılış imtahanında iştirak edəcək şagirdlər https://eservices.dim.gov.az/sagirdbv/ linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.
Şagirdlər iş nömrəsini buradan öyrənə bilərlər.


KARUSEL / ÖLKƏ
Tarix: 9-04-2024, 15:46