mobil versiya

Keçən gün könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib



Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 6-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 müxtəlif markalı tüfəng təhvil götürüblər.
Həmin gün həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 1 tapança, 1 qumbara, 2 patron darağı və 18 ədəd patron aşkar edilərək götürülüb.

KARUSEL / HADİSƏ
Tarix: 7-05-2024, 10:55