mobil versiya

Vətəndaşlar tərəfindən qanunsuz saxlanılan odlu silahlar könüllü təqdim olunub



Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir.
DİN-in mətbuat xidmətindən bildirilib ki, dekabrın 9-10-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd avtomat, 3 ədəd patron darağı, 66 ədəd müxtəlif çaplı patron və 14 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.
Keçirilən əməliyyat tədbirləri ilə 1 avtomat, 1 patron darağı, 30 ədəd müxtəlif çaplı patron və 5 tüfəng götürülüb.

KARUSEL / CƏMİYYƏT
Tarix: 11-12-2023, 09:50