mobil versiya

Vətəndaşlardan təhvil götürülən silah-sursatın sayı məlum olub


Ötən gün vətəndaşlardan təhvil götürülən silah-sursatın sayı məlum olub.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, dekabrın 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat, 1 ədəd tapança, 2 qumbara, 1 ədəd pulemyot, 10 ədəd patron darağı, 1 pulemyot lenti, 305 ədəd müxtəlif çaplı patron və 10 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.

KARUSEL / HADİSƏ
Tarix: 8-12-2023, 10:04