mobil versiya

Pensiya ilə bağlı əhaliyə ŞAD XƏBƏR: yaş həddi dəyişdi - VİDEO


İndiyədək ailə başçısını itirən sağlamlıq məhdudiyyətli uşaqlar iki müavinətdən birini seçə bilirdilər.

Artıq bu kateqoriyaya aid olan uşaqlara iki növ müavinət veriləcək. Dəyişiklik yanvarın 1-dən qüvvəyə minib. Həmçinin, yaşa görə pensiya hüququ olmayan şəxslərin müavinət almaq yaşı endirilib. Sağlamlıq imkanı məhdud uşaq böyüdən analar da sosial müavinəti daha tez alacaqlar.

Ailə başçısını itirən sağlamlıq məhdudiyyətli uşaqlar iki növ müavinət alacaqlar…

Bu, prezident İlham Əliyevin ötən il noyabrın 29-da "Sosial Müavinətlər Haqqında" qanuna etdiyi dəyişikliklərdə öz əksini tapıb. Qanun yanvarın 1-dən qüvvəyə minib.

Həmçinin, ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği onu almaq hüququ olan ailə üzvləri arasında bərabər paylanır. Bu məbləğ bölündüyünə görə adambaşına düşən hissə bəzən ailə başçısını itirməyə görə verilən sosial müavinətin məbləğindən aşağı olurdu.

İndi həmin ailələrə sözügedən pensiya növündən imtina edərək, ondan yüksək olan müavinəti seçmək hüququ verilir. Eləcə də, indiyədək yaşa görə pensiya hüququ olmayan qadınlar 62 yaşda, kişilər isə 67 yaşda müavinət almaq hüququ qazanırdılar. Bu yaş həddi də endirilərək pensiya yaşına uyğunlaşdırılıb.

Sağlamlıq imkanı məhdud uşaq böyüdən analar da sosial müavinəti daha tez alacaqlar.

Bu şərtlər həm də 5-dən artıq uşağı olan qadınlara şamil olunur. Bu halda isə analar hər uşağın sayına görə pensiya yaşından 1 il azaldılmaqla müavinət almaq hüququ əldə edirlər.



KARUSEL / İQTİSADİYYAT / ÖLKƏ
Tarix: 9-01-2020, 09:13