Bir sıra marşrutların fəaliyyəti bərpa edilir
14 noyabr tarixindən bir sıra marşrutların fəaliyyəti bərpa ediləcək.
Reportyor.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Hərəkət sxemləri bərpa edilən marşrutlar: 3, 5, 17, 18, 21, 30, 32, 36, 39, 49, 61, 88, 65, 77, 120, 125, 140, 149, 150, 160 və 141E.
Hərəkət sxemləri “Ulduz” metrostansiyasına müvəqqəti təyin edilən marşrutlar: 118A, 118B, 148, 173A və 173B. Bu marşrutların fəaliyyəti Balaxanı yolu ilə təşkil ediləcək.
Mərhələli şəkildə digər müntəzəm marşrutların da fəaliyyətinin bərpa edilməsi təmin ediləcək.
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 10:17