mobil versiya

Uzun müddət “özünə nəzarət” yorğunluq və aqressivliyə səbəb ola bilər



Son tədqiqatlar uzun müddət davam edən “özünə nəzarətin” (insanın öz düşüncələrini, duyğularını və davranışlarını məqsədyönlü şəkildə idarəetmə qabiliyyəti. Bu qabiliyyət, şəxsin emosional reaksiyalarını, ani impulslarını və qərarlarını nəzarət altında saxlamağa imkan verir. Həmçinin insanın müəyyən bir məqsədə çatmaq üçün davranışlarını və hərəkətlərini tənzimləmək və ya uyğunlaşdırmaq bacarığıdır) yorğunluq və aqressivliyə səbəb ola biləcəyini ortaya qoyub.

Anadolu Agentliyi xəbər verir ki, elm adamları, “özünə nəzarət”in beyində yaratdığı təsirləri və bunun fiziki-psixoloji nəticələrini anlamağa çalışaraq bu sahədə mühüm bir araşdırma həyata keçirib.
Tədqiqatın iştirakçıları arasında 44 nəfər olub və onlara elektroensefalografi (EEG) cihazı vasitəsilə beyindəki elektriksel hərəkətləri ölçmək tapşırığı verilib. Araşdırmada iştirak edən şəxslər, 45 dəqiqə boyunca müxtəlif kompüter əsaslı proqramlara, o cümlədən duyğusal videoların izlənilməsi kimi fəaliyyətlərə yönləndirilib. Bu prosesdə iştirakçıların yarısına öz duyğusal reaksiyalarını idarə etməyi tələb edən tapşırıqlar verilib. Məsələn, izlədikləri duyğusal videolara heç bir reaksiya verməmək kimi “özünə nəzarət”i tələb edən fəaliyyətlər yerinə yetiriblər.
Tədqiqatın nəticələri göstərib ki, “özünə nəzarət”i tətbiq edən şəxslərin beynindəki qərar vermə və impulsların idarə edilməsi ilə əlaqəli bölgələrdə “delta beyin dalğası” aktivliyində artım baş verib. Bu dəyişiklik, beyindəki enerjinin bu bölgələrdə daha çox toplanması nəticəsində, iştirakçılarda yüksək dərəcədə tükənmə və aqressiv reaksiya formalaşdırıb.
Araşdırma komandasının digər bir mərhələsində isə 403 fərd yenidən iki qrupa ayrılıb və EEG cihazı istifadə etmədən eyni testlər təkrarlanıb. Nəticələr, “özünə nəzarət”i tətbiq edən iştirakçıların, digərlərinə nisbətən daha aqressiv cavablar verdiklərini göstərmib. Bu, uzun müddət özünə nəzarət tətbiq edən şəxslərin, ətraflarına qarşı daha yüksək narazılıq və mənfi emosiyalar bəslədiklərini ortaya çıxarıb.
Tədqiqatın nəticələri, beynin enerjisinin müəyyən bölgələrə yönəldilməsi və bununla əlaqədar olaraq duyğusal və psixoloji vəziyyətin dəyişməsi ilə bağlı mühüm bir anlayış qazandırır. Bu araşdırma, insan davranışlarının uzun müddət davam edən “özünə nəzarət”in proseslərindən necə təsirləndiyini göstərərək, xüsusilə psixoloji sağlamlıq sahəsində yeni yanaşmaların inkişafına təsir edəcək.
Araşdırmanın nəticələri “Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunub. Bu tədqiqat psixoloji və nevroloji araşdırmalarda “özünə nəzarət”in uzun müddət davam edən təsirlərini anlamağa dair əhəmiyyətli bir mərhələ təşkil edir. (azərtac)

SAĞLAMLIQ / KARUSEL
Tarix: Bu gün, 09:14