mobil versiya

Kompüter və telefona çox baxan uşaqlarda yaranan göz xəstəlikləri açıqlanıb



Davamlı kompüter və telefona baxan uşaqlarda qlaukoma xəstəliyinin yaranması ilə bağlı hazırda hansısa bir tədqiqat yoxdur.
Bunu Səhiyyə Nazirliyinin rəsmi “İnstagram” hesabında Səhiyyə Nazirliyi Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim-oftalmoloqu Cəmil Həsənov deyib.
Onun sözlərinə görə, uzun müddət kompüter, planşetlərdən istifadə edən uşaqlarda göz təzyiqinin yüksək olması və qlaukoma xəstəliyinin yaranması ilə bağlı hansısa təsdiqedici elmi araşdırma mövcud deyil.
“Lakin bir amil var ki, uzun müddət yuxarıda qeyd etdiyimiz texnoloji vasitələrdən istifadə edildikdə miopiya, uzağı zəif görmənin yaranması ehtimalı var. Bu zaman 40 yaşdan sonra miopiya qlaukomanın yaranmasında risk faktoru ola bilər”(trend).

SAĞLAMLIQ / KARUSEL
Tarix: 13-03-2024, 16:42