Səfir: "Azərbaycan Latviya üçün mühüm iqtisadi tərəfdaşdır"

Reportyor.az xəbər verir ki, Azərbayca Milli Konservatoriyasının nəzdində Respublika İncəsənət Gimnaziyasının tələbələrinin ifasında hər iki ölkənin Dövlət Himni səsləndirildikdən sonra Latviyanın ölkəmizdəki səfiri Edqars Skuya çıxış edib.
Bu günkü tədbirin COP29 tədbirindən sonrakı ilk tədbir olduğunu vurğulayan diplomat, hamını COP29-un uğurla başa çatması münasibəti ilə təbrik edib və Azərbaycana belə mühüm tədbirə peşəkarcasına ev sahibliyi etdiyi üçün təşəkkür bildirib.
Daha sonra səfir ölkəsinin müstəqillik tarixindəndən söz,açıb:"106 il əvvəl qurucu atalarımız Latviyanın müstəqilliyini elan etmək üçün çox tarixi bir addım atıb. Bu qətiyyətli və cəsarətli qərar idi. O vaxtdan bəri biz tariximizin uzun və faciəli dövrlərindən keçsək də, dövlətimizi inkişaf etdirməyə nail olmuşuq. Ancaq hələ də çox dramatik və çətin vaxtlardır. Bir neçə gün bundan əvvəl Rusiyanın Ukraynaya tam təcavüzünün 1000 günü tamam olub. Ukrayna döyüşür. Biz ona köməyimizi davam etdirməliyik. Ukrayna bizim həmrəyliyimizə və dəstəyimizə layiqdir. Bu gün biz öz ölkəmizin və bütün regionda sülh və stabilliyin yanında güclü dayanmışıq və hər bir ölkənin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik. Biz eyni zamanda Latviyanın Avropa İttifaqına və NATO-ya üzvlüyünün 20-ci ildönümünü qeyd edirik".

"Həm Azərbaycanda, həm də Latviyada bir çox mədəni layihələrin həyata keçirildiyinin şahidi olduq. İstərdim onlardan bir neçəsinin adını qeyd edim: Latviyalı rəssam Yuliys Straume və onun Cnubi Qafqazda irisinə aid sərgi, Latviyada Emin Məmmədov tərəfindən təşkil edilən Azərbaycan xalçaları sərgisi və Xalça Muzeyi tərəfindən təşkil və istehsal olunmuş Riqa muzeyinə hədiyyə edilmiş özəl yeni Azərbaycan xalçası. Latviya və Azərbaycan əlaqələrinin daha da gücləndirilməsində iştirak edən hər bir kəsə təşəkkür edirəm".

Bundan əlavə Latviyanın Bələdiyyə ilə fəal əməkdaşlıq mövcuddur: "Bə biz gənclər arasında Latviyada təhsilə marağın artdığını şahidik".
Latviya və Azərbaycan arasındakı mövcud yüksək səviyyəli əlaqələr üçün təşəkkürünü bildirən səfir, "İnanıram ki, hər iki ölkənin mənafeyi naminə əlaqələrimizi gələcəkdə daha da gücləndirilməsi üçün səylərimizi birləşdirəcəyik" deyib.
"Bu axşam ekranda şahidi olduğunuz bizim mədəni fəaliyyətimizi, təbiətin müxtəlifliyini və rəssam Elnarə Nəsirli tərəfindən yaradılan “ Meşənin Pıçıltısı- Səsin Sehri” adlı unikal sərgidən görüntüləri əks etdirən Multi-media İncəsənət layihəsi Azırbaycan Respublikasının əmkdar rəssamı Sabina Şıxlinskaya aiddir. Sərgi Gazelli Art House- da açıqdır. Eyni zamanda mən Azərbaycan və Latviya Prezidentlərininin tarixi əlaqələrini fotolara əks etdirən istedadlı fotoqraf Rafiq Bağırova minnətdarlığımı bildirmək istərdim" deyə çıxışına yekun vurub.


Nazir müavini deyib ki, Azərbaycan prezidentinin 2017-ci ildə Latviyaya rəsmi səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə” əlaqələrimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib.

“Bu il Latviya Seyminin sədri ölkəmizdə səfərdə olub. Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində xarici işlər nazirlərimiz görüş keçiriblər. Riqada Xarici İşlər nazirlikləri arasında 3-cü Strateji Dialoq görüşü baş tutub. Bütün bunlar davamlı siyasi dialoqun yaxşı göstəriciləridir. Azərbaycanla Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya müvafiq sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi imkanlarının müzakirəsi üçün faydalı platforma rolunu oynayır. Əminik ki, birgə səylərimiz nəticəsində Azərbaycanla Latviya arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri növbəti illərdə dövlətlərimizin və xalqlarımızın rifahı naminə daha da genişlənəcək".




KARUSEL / SİYASƏT / REDAKTOR SEÇİMİ
Tarix: 25-11-2024, 20:21