Səfir: "Latviya ilə Azərbaycan arasındakı əlaqələr beynəlxalq arenada da uğurla inkişaf edir"
“Latviya Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına dəstək göstərir".
Reportyor.az xəbər verir ki, bunu Latviyanın səfiri Edqars Skuya Latviya Respublikasının elan olunmasının 105 illiyi münasibətilə Bakıda keçirilən rəsmi qəbulda deyib.
Səfir deyib ki, Latviyanın Azərbaycanla dostluq münasibətləri, strateji tərəfdaşlığı, yüksək səviyyəli əlaqələri var:"Biz bu əməkdaşlığı qiymətləndiririk. Bizim iqtisadi əlaqələrimiz genişlənir. Azərbaycan Cənubi Qafqazda Latviyanın vacib tərəfdaşıdır. Son iki ildə ölkələrimiz arasında ticarət dövriyyəsi artıb, əməkdaşlığımız şaxələnib. Biz Azərbaycan gəncliyinin Latviyaya marağını görürük. Gələn il iki ölkə arasında diplomatik münasibətlərin 30 illiyini qeyd edəcəyik. Latviya NATO və Aİ üzvü kimi hər iki təşkilatın Azərbaycanla yaxşı münasibətlərini təşviq edir, dəstəkləyir. Mən ölkələrimiz arasında əla münasibətlərdən məmnunluğumu ifadə edirəm. İnanıram ki, birgə səylərimiz münasibətlərimizi genişləndirmək istiqamətində davam edəcək. Latviya ilə Azərbaycan arasındakı əlaqələr beynəlxalq arenada da uğurla inkişaf edir.
Tədbirdə Latviyanın müstəqillik mübarizəsindən danışan diplomat deyib ki, ölkəsi uzunmüddətli faciələrlə, işğalla üzləşməsinə baxmayaraq bu gün Latviya müstəqil, suverendir, öz müstəqilliyini qorumaqda qətiyyətlidir. Latviya beynəlxalq hüququ və prinsipləri, ölkələrin ərazi bütövlüyü və suverenliyini dəstəkləyir.
Azərbaycan hökuməti adından Latviya xalqını bayram münasibətilə təbrik edən xarici işlər nazirinin müavini Samir Şərifov deyib ki, ölkələrimiz arasında münasibətlər strateji əhəmiyyət daşıyır, hər iki ölkə bir-birini hər zaman dəstəkləyir. Nazir müavini deyib ki, yüksək səviyyəli qarşılıqlı səfərlər, aparılan müzakirələr, imzalanan sənədlər əlaqələrimizin genişləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.
Samir Şərifov gələn il Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyi qeyd olunacağını xatırladaraq deyib ki, ölkələrimiz müstəqilliklərini bərpa etdikdən sonrakı dövrdə bir-birini hər zaman dəstəkləyib: "Əminik ki, dövlətlərimizin və xalqlarımızın rifahı naminə Azərbaycan-Latviya münasibətləri bundan sonra da eyni müsbət müstəvidə davam etdiriləcək.
KARUSEL / SİYASƏT

Tarix: 17-11-2023, 22:09