Latviya Avropa İttifaqına üzv dövlət kimi Aİ-Azərbaycan tərəfdaşlığını dəstəkləyir - Səfir
"Latviya Avropa İttifaqına üzv dövlət kimi Aİ-Azərbaycan tərəfdaşlığını dəstəkləyir, əlaqələrin inkişaf etdirilməsində, Latviyanın bilik və təcrübəsindən istifadə edilməsində fəal iştirak edir".
Bunu Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya müsahibəsində deyib.
Səfir deyib ki, Aİ və Azərbaycan münasibətləri 1999-cu ildən qüvvədə olan Aİ-Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə əsaslanır. Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır və Azərbaycanın əsas ixrac və ikinci ən böyük idxal bazarı olmaqda davam edir. Bir sıra sazişlər və bəyannamələr var ki, onlar fəal şəkildə həyata keçirilir. Aİ-Azərbaycan əməkdaşlığının əsas prioritetləri ticarət, enerji sektoru və qaz təchizatıdır. Həmçinin yaxşı idarəçilik, iqtisadi inkişaf və bazar imkanları, əlaqə, enerji səmərəliliyi, ətraf mühitin qorunması və iqlim dəyişikliyi, insanlar arasında təmaslar kimi məsələləri də deyə bilərəm ki, əməkdaşlığın əsas istiqamətləri arasındadır. Latviya da bu işdə fəal iştirak edir və bunu dəstəkləyir.(AzPolitika.info)
KARUSEL / SİYASƏT
Tarix: 15-11-2023, 15:16