mobil versiya

"Polşa daim Ai və ABŞ-in regionun sabitləşməsinə yardım etmək səylərini dəstəkləyir" - Səfir



"Polşa Azərbaycanı ardıcıl olaraq Cənubi Qafqazda mühüm siyasi va iqtisadi tərəfdaş, Şərq Tərəfdaşlığının üzvü, Avropa İttifaqının enerji resurslarının təchizatçısı, eləcə də,  transkontinental nəqliyyat marşrutlarının həyata keçirilməsində əsas tərəfdaş kimi qəbul edir". 
Reportyor.az xəbər verir ki, bunu Polşanın Azərbaycandakı səfiri Rafał Poborski ölkə Konstitusiyasının ildönümü ilə bağlı keçirilən rəsmi tədbirdə deyib. Səfir deyib ki, Ermənistanla davam edən sülh danışıqları uğurla başa çatdıqdan sonra Azərbaycanın bu rolu daha da güclənəcək. Buna görə də Polşa daim Ai və ABŞ-in regionun sabitləşməsinə yardım etmək səylərini dəstəkləyir. Səfirin fikrincə, Cənubi Qafqaz xalqları arasında ədalətli, uzunmüddətli və dinc münasibətlərin qurulması Onların inkişafı üçün ilkin şərtdir.

KARUSEL / SİYASƏT
Tarix: 4-05-2023, 09:58