mobil versiya

İsrail həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib - Səfir




İsrail həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.

REPORTYOR.AZ Trend-ə istinadla məlumatına görə, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş mətbuat konfransında deyib.

O, Azərbaycanı İkinci Qarabağ Müharibəsində qələbə münasibətilə təbrik edib.

Səfir qeyd edib ki, İsrail fəal şəkildə Azərbaycana humanitar yardım göstərib, o cümlədən İsrail həkimləri müharibədə yaralanmış Azərbaycan əsgərlərinin müalicəsində iştirak edib.

"İsrail azad edilmiş ərazilərin bərpası işində Azərbaycanla əməkdaşlıq edir. İsrail Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır", - deyə səfir bildirib.
SON XƏBƏR / KARUSEL / SİYASƏT
Tarix: 3-12-2021, 08:00