mobil versiya

Latviyanın keçmiş xarici işlər naziri Prezident seçilib



Latviyanın keçmiş xarici işlər naziri Edqars Rinkeviçs prezident seçilib.
Latviyanın Baş naziri Krişyanis Karinş bildirib ki, Latviya parlamenti uzun müddətdir xarici işlər naziri olan Edqars Rinkeviçsi ölkənin növbəti prezidenti seçib.
"Reuters" xəbər verir ki, Rinkeviçs iyulda NATO-nun Vilnüs sammitində Avropa İttifaqı və NATO üzvü olan Latviyanı təmsil edəcək.
49 yaşlı Rinkeviçs 2011-ci ildən Latviyanın xarici işlər naziri vəzifəsində çalışıb, həmçinin ölkənin dövlət qulluğunda çalışıb.
Edqars Rinkeviçs 52 parlamentarinin dəstəyini qazanaraq ölkənin növbəti prezidenti seçilib. Digər namizəd iş adamı Uldis Pilens isə 25 səs alıb.
"Latviya Respublikasının Prezidenti seçilməkdən şərəf və qürur duyuram, Latviya xalqına yaxşı xidmət etmək üçün əlimdən gələni edəcəyəm. Mən millət vəkillərinə göstərdikləri etimada görə təşəkkür edirəm", - Rinkeviçs bildirib.


Baş nazir Egils Levits sosial şəbəkə vasitəsilə yeni Prezidenti təbrik edib: "Dövlətin növbəti prezidenti Edqars Rinkeviçsi təbrik edirik. Ölkəmizin, millətimizin gələcəyi üçün böyük məsuliyyət dövlət başçısının üzərinə düşür. Əminəm ki, növbəti dörd ildə Latviya etibarlı əllərdə olacaq".
KARUSEL / DÜNYA
Tarix: 31-05-2023, 15:43