Baltikyanı və Polşanın xarici işlər nazirləri birgə bəyannamə imzalayıb
Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs regionda təhlükəsizlik və müdafiə üçün aktual əhəmiyyət kəsb edən məsələlər və Ukraynaya dəstəklə bağlı Riqada Estoniyanın xarici işlər naziri Urmas Reinsalu, Litvanın xarici işlər naziri Qabrielius Landsbergis və Polşanın xarici işlər naziri Zbiqnev Rau ilə görüşüb.
"Reportyor.az" xəbər verir ki, Baltikyanı və Polşanın xarici işlər nazirləri birgə bəyannamə imzalayıblar və burada Estoniya, Latviya, Litva və Polşanın regionda təhlükəsizlik təhdidlərinin qarşısını almaq və onlara qarşı müdafiə üçün zəruri tədbirlərə yaxın baxışı paylaşdıqları vurğulanıb:“Biz birlikdə hibrid təhdidlərə qarşı mübarizə, çəkindirmə və müdafiəni təmin etmək, sərhəd təhlükəsizliyini gücləndirmək, eləcə də Ukraynaya dəstək məqsədi daşıyan təşəbbüslər hazırlamışıq və sonradan Avropa İttifaqı, NATO və Birləşmiş Millətlər Təşkilatı da daxil olmaqla müxtəlif forma və çərçivələrdə uğurla həyata keçirilmişdir. Biz Ukraynaya siyasi, hərbi, maliyyə dəstəyi və humanitar yardımın davam etdirilməsinin yüksək əhəmiyyətini bir daha bildiririk. Yaxın transatlantik bağın əvəzedilməz rolu ilə NATO çərçivəsində əməkdaşlıq təhlükəsizliyimizin təməl daşıdır”.
KARUSEL / DÜNYA
Tarix: 1-02-2023, 12:05