mobil versiya

Latviya Prezidenti Azərbaycana gələcək



Latviya Prezidenti Edqars Rinkeviç Azərbaycana gələcək.

Reportyor.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Latviyanın Azərbaycan Respublikasındakı səfiri Edqars Skuya deyib.

Səfirin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Latviya Prezidenti Edqars Rinkeviç COP29-da iştirakını təsdiqləyib. Rinkeviç öz nümayəndə heyəti ilə iştirak edəcək.
“İlin ən böyük zirvə toplantısı olan COP29-a Azərbaycanın ev sahibliyi etməsi bizi çox sevindirir, iqlim dəyişikliyinin maliyyələşdirilməsi, deməliyəm ki, həlledici məsələlərdən biridir. Biz müzakirələri dəstəkləyirik. Biz bu kimi məsələlərdə fəal iştirak edəcəyik. Ümid edirik ki, COP29-da daha sonra konsensusa və çox yaxşı qərarlara nail olacağıq”.

KARUSEL / SİYASƏT
Tarix: 30-10-2024, 16:59