Polşa Prezidenti Azərbaycana gələcək
Polşa Prezidenti Anjey Duda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrda Azərbaycana səfər edəcək.
Bunu Polşa səfiri Rafal Poborski deyib.
“Biz Polşanın COP29-da ən yüksək səviyyədə iştirakından danışırıq, belə ki, Prezidentimiz Anjey Dudanın nümayəndə heyəti ilə səfərinə hazırlaşırıq. Əlbəttə ki, konfransda Polşanın İqlim və Ətraf Mühit Nazirliyinin nümayəndə heyəti də təmsil olunacaq. Bu, COP29-da müzakirə olunacaq məsələlərə görə məsul olan müvafiq nazirlikdir. Beləliklə, Polşanın konfransda iştirakı maksimum tam olacaq”, - o bildirib.
Diplomat vurğulayıb ki, Prezident Dudanın Azərbaycana səfəri həm də ölkə Prezidenti İlham Əliyevlə ikitərəfli görüş üçün fürsət olacaq.(report)
KARUSEL / SİYASƏT

Tarix: 30-07-2024, 14:31