mobil versiya

İran İsrailə görə COP28-də iştirakdan imtina edib



İranın energetika naziri Əli Əkbər Mehrabianın başçılıq etdiyi nümayəndə heyəti BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında (COP28) iştirakdan imtina edib.
İranın İRNA agentliyi xəbər verir ki,buna səbəb İsrailin həmin konfransa qatılmasıdır.
Məlumata görə, nümayəndə heyəti konfransda iştirak etmək üçün noyabrın 30-da BƏƏ-yə yollanıb. Səfər çərçivəsində iştirakçı ölkələrin liderləri və nümayəndələri ilə Qəzza zolağındakı vəziyyətin müzakirə edilməsi planlaşdırılırdı.
İran tərəfi iddia edir ki, həmin vaxt İsrail nümayəndə heyətinin konfransda iştirakdan imtina etdiyinə əmin idi. Lakin nümayəndə heyətinə COP28-in keçirildiyi BƏƏ-nin Dubay şəhərinə çatanda məlumat verilib ki, İsrail Prezidenti və onu müşayiət edən nümayəndə heyəti konfransa gəliblər. Daha sonra İslam tədbirdə iştirakdan imtina edib.(report)

KARUSEL / DÜNYA
Tarix: 1-12-2023, 17:02