mobil versiya

İlham Əliyev Dünya İqlim Fəaliyyəti Sammitində iştirak edir



Dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammiti keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sammitdə iştirak etmək üçün tədbir yerinə gəlib.
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan və BMT-nin Baş katibi Antonio Quterreş dövlətimizin başçısını qarşıladılar.
Əvvəlcə birgə foto çəkdirildi. 


KARUSEL / SİYASƏT
Tarix: 1-12-2023, 10:48