mobil versiya

BƏƏ Səfirliyi COP28 təqdimatını keçirib




Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Bakıdakı səfirliyi ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu ilə birgə İqlim Dəyişikliyi ilə bağlı 2023-cü ilin qlobal möhtəşəm hadisəsi olan COP28-ə həsr olunmuş tədbir təşkil edib.

Bu barədə "Reportyor.az"a səfirlikdən bildirilib. Səfir Mohammed AlBluşi çıxış edərək, bildirib ki, COP “Tərəflərin Konfransı” deməkdir:“Bunlar dövlətləri, regional təşkilatları və qeyri-dövlət aktorlarını birləşdirən yüksək səviyyəli konfranslardır. 197 ölkə və Avropa İttifaqından ibarət 198 rəsmi Tərəf var”.
Beləliklə, BƏƏ-nin ev sahibliyi etdiyi Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı COP-un 28-ci iclası olacaq. Səfir əlavə edib ki, bu möhtəşəm tədbir bu il noyabrın 30-dan dekabrın 12-dək Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək.

BƏƏ-də keçiriləcək COP28 dünyanı birləşməyə, hərəkətə keçməyə və nəticələr ərsəyə gətirməyə dəvət edir.
Səfir qeyd edib ki, uğurlu nəticə hər bir ölkədən, hər bir şirkətdən, hər bir icmadan və hər bir vətəndaşdan müsbət töhfələr tələb edəcəkdir.
BƏƏ bütün coğrafiyaların və sektorların baxışlarını əks etdirərək, COP28-i yüksək dərəcədə inklüziv etmək niyyətindədir. “Çünki hər birimiz həll yollarını tapa bilərik”.
COP28 2023-cü ildə qlobal medianın yaxından izlədiyi ən böyük və ən mühüm beynəlxalq toplantılardan biri olacaq. İqlim problemlərinə dair ən yüksək qərar qəbuletmə prosesi olaraq, bütün dünya ölkələrindən nümayəndə heyətlərinin qəbulu gözlənilir.
Səfir vurğulayıb ki, böyük məmnuniyyətlə onlar Azərbaycandan olan nümayəndə heyətini COP 28-də salamlamağı səbirsizliklə gözləyir.
Tədbir daha sonra sual-cavab sessiyası ilə davam edib.
Tədbirə 50-dən çox tələbə, müəllim və tədqiqatçılar qatılıb.
KARUSEL / CƏMİYYƏT
Tarix: 23-10-2023, 11:19