Birləşmiş Ərəb Əmirlikləri COP28 tədbirinə hazırlaşır
5-15 iyun tarixlərində Almaniyanın Bonn şəhərində BMT-nin İqlim Dəyişikliyi Konfransı keçirilib. Bir sıra məsələlər, o cümlədən Qlobal Dəyərləndirmə, uyğunlaşma (adaptasiya) üzrə qlobal hədəf, ədalətli keçid, itki və zərər, həmçinin təsirin azaldılması üzrə iş proqramı üzrə müzakirələr aparılıb.
Konfransda BƏƏ COP28-in prezidenti Dr. Sultan Əl Cabir iqlim dəyişikliyi ilə bağlı müzakirələrdə hər kəsin səsini ─ xüsusilə Qlobal Cənubun səsini dinləmək zərurətini vurğulayıb. O deyib ki, "hər bir icmanı cəlb etmək üçün əlimizi uzadacağıq". Dr. Sultan Əl Cabir vurğulayıb ki, G77 Sammiti ilk dəfə olaraq COP tədbiri çərçivəsində məhz COP28-də təşkil ediləcək.
Dr. Əl Cabir əlavə edib ki, “Bizə fəaliyyət COP-u, həmrəylik COP-u və birlik COP-u lazımdır". O, həmçinin, bildirib ki, gənclər iqlim probleminin həllində ön sıralarda olacaqlar, buna görə də COP28 gənclərin hüquqlarının genişləndirilməsinə xüsusi diqqət yetirəcək.
Xatırladaq ki, COP28 tədbiri BƏƏ-də 30 noyabr-12 dekabr 2023-cü il tarixlərində Expo City Dubayda keçiriləcək. Konfransın dövlət başçıları, hökumət rəsmiləri, beynəlxalq sənaye liderləri, özəl sektor nümayəndələri, alimlər, ekspertlər, gənclər, və qeyri-dövlət nümayəndələrini bir araya gətirəcəyi gözlənilir.
BƏƏ bütün tərəflərin praqmatik qlobal enerji keçidi və inklüziv iqlim fəaliyyətinə “heç kəsi geridə qoymamaq” yanaşması ilə tərəqqini sürətləndirmək üçün aydın yol xəritəsinin razılaşdırılması prosesinə rəhbərlik edəcək.
KARUSEL / DÜNYA
Tarix: 16-06-2023, 12:35