mobil versiya

BMT: “Son səkkiz il müşahidələr tarixində ən isti illər ​​olub”



“İqlim dəyişikliyi “fəlakətli sürətlə” baş verir. Bəşəriyyət tarixinin son səkkiz ili hava müşahidələri tarixində ən isti illər olub”.
Bunu bazar günü BMT-nin Baş katibi Antonio Quterreş Ümumdünya Meteorologiya Təşkilatının iqlim vəziyyəti ilə bağlı hesabatının dərci ilə əlaqədar COP-27 iqlim konfransının iştirakçılarına müraciətində bildirib.
“İndi COP-27 başladığı üçün planet fəlakət siqnalı göndərir. İqlim vəziyyəti hesabatı iqlim xaosunun xronikasıdır. Ümumdünya Meteorologiya Təşkilatının açıqladığı kimi, dəyişikliklər fəlakətli sürətlə baş verir və hər bir qitədə insan həyatını məhv edir. Son səkkiz il müşahidələr tarixində ən isti illər olub. Nəticədə hər bir istilik dalğasının, xüsusən də həssas əhali arasında daha intensiv və həyat üçün təhlükəli olduğu ortaya çıxıb”, - deyə BMT rəhbəri bəyan edib.
Mənbə: TASS

CƏMİYYƏT
Tarix: 7-11-2022, 14:14