mobil versiya

Asiya İnkişaf Bankı (AİB) bu gün Asiya və Sakit Okean regionunda İqlim üçün İnnovativ Maliyyə Mexanizmini elan edib



Asiya İnkişaf Bankı (AİB) bu gün Asiya və Sakit Okean regionunda İqlim üçün İnnovativ Maliyyə Mexanizmini (IF-CAP) elan edib. Bu önəmli proqram iqlim dəyişikliyinə qarşı mübarizədə regiona dəstəyi əhəmiyyətli dərəcədə artıra bilər.
Bu barədə məlumatı AİB-nin prezidenti Masatsuqu Asakava AİB-nin İnçeonda keçirilən 56-cı İllik Toplantısının açılış günündə elan edib: "İqlim dəyişikliyi dövrümüzün əsas məsələlərindən biridir. Asiya və Sakit Okean regionunda biz bu mübarizədə ön cəbhədəyik. Son 12 ayda yaşadığımız iqlimlə bağlı hadisələr güc və tezlik baxımından bundan sonra da artacaq. Buna görə də indi cəsarətli addımlar atmalıyıq. “IF-CAP” real təsirə malik maraqlı, innovativ proqramdır. Bu, AİB-nin Asiya və Sakit Okean regionunun iqlim bankı kimi göstərdiyi fəaliyyətlərə bir nümunədir”.
İlkin mərhələdə “IF-CAP”-ın tərəfdaşları Danimarka, Yaponiya, Koreya Respublikası, İsveç, Böyük Britaniya və ABŞ-dır. Həmin tərəfdaşlar AİB-nin suveren kredit portfelinin hissələrinə zəmanət verməklə yanaşı, layihələrin hazırlanması üçün bir sıra qrantların təqdim edilməsi ilə bağlı bankla müzakirələr aparırlar. Zəmanətlərin yaratdığı riskə məruz qalma ehtimalının azaldılması AİB-nin lazımi kapital ayıraraq iqlim layihələri üçün yeni kreditləri sürətləndirməsinə imkan yaradacaq. “1 dollar yatır 5 dollar faydalan” modeli ilə 3 milyard dollarlıq ilkin zəmanət iddiaları Asiya və Sakit Okean regionunda çox ehtiyac duyulan iqlim layihələri üçün 15 milyard dollara qədər yeni kredit imkanları yarada bilər. İqlimlə bağlı layihələrin maliyyələşdirilməsi üçün istifadə olunan təminat mexanizmi ilk dəfədir ki, çoxtərəfli inkişaf bankı tərəfindən qəbul edilir.


KARUSEL / İQTİSADİYYAT
Tarix: 2-05-2023, 12:20