Parlamentin nümayəndə heyəti İrlandiyaya işgüzar səfərə gedib
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin İrlandiyaya işgüzar səfəri başlayıb.
Sentyabrın 27-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Parlament Spikerlərinin Avropa Konfransında iştirak etmək üçün İrlandiyanın Dublin şəhərinə işgüzar səfərə gedib.
Dublin hava limanında nümayəndə heyətini Azərbaycanın İrlandiyada akkreditə olunmuş səfiri Elin Süleymanov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Milli Məclisin sədri Parlament Spikerlərinin Avropa Konfransında çıxış edəcək, tədbirdə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər keçirəcək.
KARUSEL / SİYASƏT
Tarix: 27-09-2023, 17:54