mobil versiya

Sahibə Qafarova Kubaya gedib



Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 15-də G77 və Çin Qrupunun Zirvə görüşündə iştirak etmək üçün Kuba Respublikasının Havana şəhərinə işgüzar səfərə gedib.
Bu barədə parlament məlumat yayıb.
Bildirilib ki, Kubanın beynəlxalq hava limanında Milli Məclisin sədrini Kubanın ədliyyə naziri Oskar Silvera Martinez, Azərbaycanın Kubadakı səfiri Ruslan Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində spiker Sahibə Qafarovanın G77 və Çin Qrupunun Zirvə görüşündə çıxışı nəzərdə tutulub.

KARUSEL / SİYASƏT
Tarix: 15-09-2023, 15:17