Bu yay Cənubi Koreyanın müxtəlif bölgələrdə rəngarəng festivallar keşiriləcək

Bu yay Cənubi Koreyanın müxtəlif bölgələrdə üç fərqli və rəngarəng festival keçiriləcək.
Reportyor.az Koreyanın ölkəmizdəki səfirliyinin sosial şəbəkə hesabında paylaşdığı qısa və maraqlı məlumat təqdim edir:

Qımsan Samqetan Festivalı
Qımsan bölgəsində keçirilən bu festival, Koreyanın məşhur jenşenli toyuq şorbası – samqetan vasitəsilə həm sağlam həyat tərzini, həm də ölkənin dərin kulinariya ənənələrini yaşadır.

Boryonq Palçıq Festivalı
Boryonq sahilində baş tutan bu qeyri-adi festivalda iştirakçılar palçıqla oyunlar oynayır, konsertlər və açıq hava əyləncələri ilə əsl yay enerjisini hiss edirlər.

Busan Dəniz Festivalı
Busan şəhərinin sahil boyu uzanan atmosferində keçirilən bu festival musiqi, dəniz və işıq şouları ilə yay gecələrinə unudulmaz ab-hava qatır.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 22-07-2025, 13:16