mobil versiya

Taylandda atəşfəşanlıq fabrikində baş verən partlayış nəticəsində azı 4 nəfər ölüb




Taylandın mərkəzində atəşfəşanlıq fabrikində baş verən partlayışda azı dörd nəfər həlak olub.

Əyalət rəsmiləri bildiriblər ki, polis hələ də partlayışdan sonra itkin düşənləri axtarır.

Fabrik Banqkokun şimalında, Suphan Buri əyalətinin Mueang rayonunda səhər saat 11:00 radələrində alovlanıb.

Təhlükəsizlik qaydalarının zəif olduğu Taylandda fabrik yanğınları tez-tez baş verir.

Keçən il eyni əyalətdə daha bir atəşfəşanlıq fabrikində baş verən partlayışda azı 23 nəfər həlak olmuşdu.

Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Dünən, 10:37