Yapon alimləri laboratoriyada Daun sindromuna səbəb olan xromosomu silməyi bacarıb

Yaponiyadakı Mie Universitetinin alimləri laboratoriya şəraitində Daun sindromuna səbəb olan artıq xromosomu – 21-ci xromosomu CRISPR texnologiyası ilə hüceyrələrdən silməyi bacarıblar.
Üzərində dəyişiklik edilən həmin hüceyrə insanın dəri hüceyrəsindən götürülüb.
Qeyd edək ki, Daun sindromu insanda üç ədəd 21-ci xromosomun olması ilə yaranır (trisomiya 21).
Bu əlavə genetik hissə normal hüceyrə proseslərini pozaraq zehni gerilik, anadangəlmə ürək qüsurları və altsheymer kimi bir sıra inkişaf və sağlamlıq problemlərinə səbəb olur.
Daun sindromuna təxminən hər 700 insandan birində rast gəlinir.
Reportyor.az
SAĞLAMLIQ / KARUSEL
Tarix: 29-07-2025, 11:19