mobil versiya

Yabanı halda bitən 4 mindən çox çətənə kolu məhv edilib




Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən gün psixotrop tərkibli 40 ədəd həb götürülüb, yabanı halda bitən 5,1 ton çəkidə 4 min 243 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Reportyor.az



KARUSEL / CƏMİYYƏT
Tarix: Dünən, 11:57