mobil versiya

Azərbaycanda istilik tarifləri artırıldı





“Azəristiliktəchizat” ASC tərəfindən göstərilən xidmətin tarifinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2024-cü il 29 dekabr tarixli 17 nömrəli Qərarında dəyişiklik edilib.

Bununla bağlı Tarif (qiymət) Şurasının sədri Mikayıl Cabbarov müvafiq qərar imzalayıb.

Sənədə əsasən, əhali istehlakçı qrupuna göstərilən istilik təchizatı xidmətinin tarifi sayğac quraşdırılmadığı halda aylıq 1 m2 üçün mövcud 30 qəpikdən 45 qəpik səviyyəsində təsdiq edilib. Sayğac quraşdırıldıqda isə 1 Qkal üçün (təqribən 40-50 m² sahə üçün) 14,6 manatdan 21 manat səviyyəsində müəyyənləşdirilib.

Bu Qərar “İstilik və isti su təchizatı xidmətlərinə dair müqavilə”yə (əhali qrupuna aid olan istehlakçılar) əlavə ilə müəyyən edilmiş dağ rayonlarında 2025-ci il 1 noyabr, digər ərazilərdə isə 2025-ci il 15 noyabr tarixindən tətbiq ediləcək.

Reportyor.az




MANŞET / KARUSEL / İQTİSADİYYAT
Tarix: Dünən, 15:04