AKİ builki qaliblərin adlarını açıqlayıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kino xadimlərinin peşə bayramı olan 2 Avqust – Azərbaycan Kinosu Günü münasibətilə mükafatlandırdığı kinematoqrafçıların builki siyahısını açıqlayıb.
İttifaqının katibliyinin qərarına əsasən, 2025-ci il üçün AKİ-nin ənənəvi mükafatına Pərviz Həsənov “Başlıbel – bir kəndin mühasirə gündəliyi” tammetrajlı sənədli filminin uğurlu rejissor həllinə görə, Daniel Quliyev “Kinomexanikin qayıdışı” və “Tənha insanın monoloqu” filmlərinin uğurlu vizual həllinə görə, Səbuhi Atababayev “Tağıyev: Neft” və “Bəlkə də” tammetrajlı bədii filmlərində uğurlu rəssam işinə görə və Fehruz Şamıyev Beynəlxalq film festivallarının təşkili, kinematoqrafiyamızın beynəlxalq əlaqələrinin inkişafında xidmətlərinə görə layiq görülüblər.
AKİ-nın mükafatı hər il milli kinematoqrafiyanın inkişafında xidmətləri ilə fərqlənmiş yaradıcı şəxslərə ünvanlanır. Mükafatı təsis etməkdə məqsəd, milli kinoda müsbət tendensiyaları diqqət mərkəzinə gətirməkdir. Nominantların seçimini apararkən İttifaqın katibliyi ötən kino mövsümü ərzində gedən prosesi diqqətlə müşahidə və təhlil edir, kinematoqrafiyanın müxtəlif sahələrindəki xidmətləri qeyd edir və açıq səsvermə yolu ilə laureatları seçir. Bu vaxta qədər bir çox tanınmış simalar bu nüfuzlu mükafata layiq görülüblər.
Reportyor.az
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Dünən, 15:03