mobil versiya

Bir qrup kino xadimi mükafatlandırılıb


Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) 2 avqust - Azərbaycan Kinosu Günü münasibətilə kino xadimlərini mükafatlandırıb.
ARKİ-dən verilən məlumata görə, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təsis etdiyi “Milli Kino Mükafatı”na bu il kinomuza verdikləri töhfələrə görə, eyni zamanda Azərbaycan Milli Kinosunun yaranmasının 125 illiyi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibətilə İttifaqın təsisçiləri və idarə heyətinin yekdil qərarına əsasən Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə və Əməkdar incəsənət xadimi kinoşünas, kinorejissor Ayaz Salayev layiq görülüblər.
Qeyd edək ki, Azərbaycan Milli Kinosunun yaranmasının 125 illiyi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi ilə əlamətdar olan cari ildə yubiley yaşları tamam olan Xalq artistləri Oqtay Mirqasım (80), Vaqif Mustafayev (70), Əməkdar incəsənət xadimi Cəmil Quliyev (60), Əməkdar mədəniyyət işçiləri Elçin Hami Axundov (75) və Sabir Vəliyev (85), təsvir rejissoru Rafiq Əliyev (70), Əməkdar artist Əliqulu Səmədov (70), aktyor Nadir Əzməmmədov (70), rəssam Elyaz Səfərov (60), prodüser Vladimir Dudniçenko (75), ssenarist Rəmziyyə Cilqamlı (70), eləcə də peşə bayramı münasibətilə ARKİ-nin ömrünü kinoya həsr etmiş 11 nəfər veteran üzvləri pul və digər mükafatlara layiq görülüblər.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 27-07-2023, 17:31