mobil versiya

Salyanda marketdə saxta spirtli içkilər aşkarlanıb



Salyan şəhəri, Y.Qasımov küçəsi 1 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Ağalarov Nizami Mirhəbib oğluna məxsus marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı 4 ədəd 1 litrlik “Organic Free” əmtəə nişanlı, 11 ədəd 0.5 litrlik və 1 ədəd 0.7 litrlik “Belaya” əmtəə nişanlı saxta spirtli içkinin satışa çıxarıldığı məlum olub.

Reportyor.az agentliyə istinadla xəbər verir ki, eyni zamanda marketin qida məhsulları saxlanılan anbarında sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı müəyyən edilib.

Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. 
Faktla bağlı nöqsanlar aradan qaldırılanadək iaşə müəssisəsinin fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq olunub, fiziki şəxs barəsində inzibati protokol tərtib olunub. Araşdırmalar davam etdirilir.



KARUSEL / İQTİSADİYYAT
Tarix: 8-04-2025, 11:43