mobil versiya

Təbrizdə Beşinci Milli “Muğam” Musiqi Festivalı keçirilib




İran İslam Respublikasının Təbriz şəhərində Beşinci Milli “Muğam” Musiqi Festivalı keçirilib.
Beşinci Milli Muğam Musiqi Festivalının Qarmon və Qanun bölmələrində musiqiçilərin çıxışlarının üçüncü günü bazar ertəsi axşam Təbriz Media və İncəsənət Şəhərciyində baş tutub.

Reportyor.az xəbər verir ki, festivalın bu buraxılışında iştirakçılar iki yaş kateqoriyasında: A yaş kateqoriyası;  9-17 yaş və B yaş kateqoriyası; 18-45 yaş arası olmaqla ölkənin 8 vilayətindən və 28 müxtəlif şəhərindən 352 iş təqdim ediblər.


Təqdim edilmiş əsərlərdən 139-u canlı ifaların final mərhələsinə yüksəlmişdir. 

Xatırladaq ki, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Tehran, Əlborz, Şimali Xorasan, Həmədan və s. vilayətlər bu festivalda iştirak ediblər.



KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 15-04-2025, 15:08