Pakistan beş yaşından kiçik milyonlarla uşaq üçün milli anti-poliomielit kampaniyasına başlayır

Baş nazir Şahbaz Şərif hökumətin Pakistanda poliomielit xəstəliyinin kökünü kəsmək öhdəliyini bir daha təsdiqləyib və beş yaşından kiçik milyonlarla uşaq üçün yeni 7 günlük milli poliomielit əleyhinə kampaniyaya start verildiyini elan edib.
Reportyor.az bu barədə "The News International"-a istinadla xəbər verir.
Kampaniyanın açılış mərasimində çıxış edən baş nazir hökumətin səhiyyə orqanları ilə birlikdə virusu birdəfəlik aradan qaldırmaq üçün yorulmaz səylər göstərdiyini söyləyib: "Bu gün daha bir ümummilli poliomielit kampaniyasının başlanğıcını qeyd edir. Allahın lütfü ilə biz təkcə burada deyil, Gilgit-Baltistan və Azad Kəşmir də daxil olmaqla bütün ölkədə uşaqları peyvənd edirik".
O, aprelin 27-də başa çatacaq kampaniyaya rəsmi başlamaq üçün uşaqlara poliomielit damcılarını şəxsən verib:“Mən bütün valideynləri hər bir uşağın peyvənd olunmasını təmin etmək üçün sahə qrupları ilə tam əməkdaşlıq etməyə çağırıram. Biz bu milli işi dəstəkləmək üçün hər məhəllədə və küçədə icmaları səfərbər etməliyik".
KARUSEL / DÜNYA
Tarix: 21-04-2025, 12:31