mobil versiya

Mali ordusunun Timbuktudakı düşərgəsi hücuma məruz qalıb






Bazar ertəsi Malinin Timbuktu şəhərindəki ordu düşərgəsi yaraqlılar tərəfindən hücuma məruz qalıb və güclü atışma səsləri eşidilib.

Reportyor.az xəbər verir ki, bu barədə hərbçilər, yerli rəsmilər və sakinlər AFP-yə bildiriblər.

Xunta tərəfindən idarə olunan Mali 2012-ci ildən bəri Əl-Qaidə və İŞİD qruplaşması ilə əlaqəli cihadçı qrupların, həmçinin icma və cinayətkar qrupların zorakılığı ilə əhatə olunub.

“Biz Timbuktuya hücum edən terrorçularla mübarizə aparırıq. Şəhərin mərkəzindəki düşərgəyə hücum edilib", - mənbə əlavə edib.

Yerli rəsmi bildirib: "Terrorçular bu gün partlayıcı ilə dolu maşınla Timbuktuya gəliblər. Maşın hərbi düşərgə yaxınlığında partlayıb. Hazırda atışma davam edir".
BMT əməkdaşlarına “Timbuktu şəhərində atışma səbəbilə sığınmaq və “pəncərələrdən uzaq durmaq mesajı verilib.
Sakinlərdən biri şəhərdə güclü atəş səsləri eşitdiyini bildirib.
Telefonla danışan yerli jurnalist "şəhər atəş altındadır" dedi.
"Bu səhər şəhərimiz terrorçu qrupların hücumuna məruz qaldı. Hərbi düşərgə və hava limanı yaxınlığında atəş səsləri eşidildi. Biz hamımız evə qayıtdıq", - o bildirib.
Bir vaxtlar orada dəfn edilən müsəlman müqəddəsləri üçün “333 müqəddəs şəhər” kimi tanınan qədim Timbuktu şəhəri 2012 və 2013-cü illərdə cihadçıların nəzarəti altında olarkən böyük dağıntılara məruz qalıb.
KARUSEL / DÜNYA
Tarix: 2-06-2025, 16:54