mobil versiya

Hesablama Palatasının sədri Səudiyyə Ərəbistanı Baş Audit Məhkəməsinin rəhbəri ilə görüşüb





Səudiyyə Ərəbistanı Baş Audit Məhkəməsinin Prezidenti Dr. Hussam Alanqari Azərbaycan Respublikası Hesablama Palatasının fəaliyyətinin həmkar qiymətləndirilməsi çərçivəsində Bakıya səfərə gəlib. 

Reportyor.az xəbər verir ki, bu barədə Azərbaycan Hesablama Palatası məlumat yayıb.

Səfər çərçivəsində Dr. Alanqari Hesablama Palatasının sədri Vüqar Gülməmmədovla görüşüb. Görüşdə Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli də iştirak edib.


Görüş zamanı Palatanın sədri iki ölkə arasında mövcud olan yüksək səviyyəli əlaqələr fonunda ali audit orqanları arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, həmkar qiymətləndirməsi ilə bağlı ilkin müzakirələrin faydalı keçdiyini qeyd edib. Bildirib ki, aparılan qiymətləndirmə Hesablama Palatasının fəaliyyətinin inkişafına töhfə verəcək.

Dr. Hussam Alanqari səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib. O, Hesablama Palatasının dövlət maliyyə nəzarəti sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib, qurumun beynəlxalq təşkilatlar çərçivəsində və ikitərəfli formatda həyata keçirdiyi fəal və məqsədyönlü fəaliyyətinin əhəmiyyətini vurğulayıb.
Görüş zamanı Dr. Alanqari Hesablama Palatasını Ərəb ölkələrinin Ali Audit Orqanları Təşkilatının (ARABOSAI) bu ilin noyabr ayında Ciddə şəhərində keçiriləcək 15-ci Baş Assambleyasında iştiraka dəvət edib. O, toplantının ali audit orqanları arasında təcrübə mübadiləsi baxımından önəmli imkanlar yaradacağını bildirib.


Görüşün sonunda Hesablama Palatası ilə Səudiyyə Ərəbistanı Baş Audit Məhkəməsi arasında həmkar qiymətləndirməsinin həyata keçirilməsi ilə bağlı Tapşırıq məktubu imzalanıb.

Reportyor.az 




KARUSEL / İQTİSADİYYAT
Tarix: 21-07-2025, 20:20