Almaniya, Fransa və Britaniya XİN rəhbərlərini İsrailə göndərməyi düşünür: Merz

Almaniya kansleri Fridrix Merz bildirib ki, Qəzzanın dəhşətli humanitar böhranı ilə bağlı beynəlxalq təzyiqlər artdıqca, Almaniya, Fransa və Britaniya xarici işlər nazirlərini gələn həftə İsrailə göndərməyi nəzərdən keçirir.
Merz bunu Berlində İordaniya Kralı II Abdullahla birgə mətbuat konfransında deyib: "Biz yəqin ki, Fransa, Böyük Britaniya və Almaniyanın üç xarici işlər nazirindən üç hökumətin mövqeyini təqdim etmək üçün gələn cümə axşamı İsrailə birlikdə getmələrini xahiş edəcəyik".
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Dünən, 17:47