mobil versiya

Merz: Almaniya Ukrayna üçün ABŞ-dan Patriotlar almağa hazırlaşır






Almaniya kansleri Fridrix Merz Romada bildirib ki, Almaniya ABŞ-dan Patriot hava hücumundan müdafiə sistemləri almağa və onları Ukraynaya verməyə hazırdır.

Reportyor.az xəbər verir ki,bunu  Merz prezident Vladimir Zelenski və digər liderlərlə hava hücumundan müdafiəni müzakirə etdiyi Ukraynaya dəstək konfransında deyib:

“Biz həmçinin ABŞ-dan əlavə Patriot sistemləri almağa hazırıq ki, onları Ukraynaya təqdim etsin”.

Merz keçən həftə ABŞ Prezidenti Donald Trampdan Patriotları çatdırmağı xahiş etdiyini söylədi və əlavə etdi: "Amerikalıların bəzilərinə ehtiyacları var, lakin onların da çoxu var... Çatdırılmanın olub-olmayacağı hələ dəqiqləşdirilməyib."

Reportyor.az



KARUSEL / DÜNYA
Tarix: 10-07-2025, 18:26