ABŞ Ukraynaya yeni yardım paketi elan edib

Bu barədə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) məlumat yayıb.
Məlumatda yardım paketinin dəyərinin təqribən 2,4 milyard dollar olduğu bildirilib və sözügedən paketə - hava hücumundan müdafiə sistemləri üçün sursat, artilleriya və tank əleyhinə raketlərin daxil olduğu qeyd edilib.
Həmçinin Ukrayna Təhlükəsizliyə Yardım Təşəbbüsü (USAI) fondlarından istifadə edilməklə, “Patriot” və NASAMS-lar üçün 2,2 milyard dollarlıq sursat yardımının olacağı, bundan əlavə, 150 milyon dollarlıq sursat yardımının nəzərdə tutulduğu bildirilib.
150 milyon dollarlıq əlavə yardım paketinə - “HAWK” hava hücumundan müdafiə sistemi və HIMARS raketləri, 155 və 105 millimetrlik artilleriya mərmiləri, “Javelin” və “AT-4” kimi sursatların, tank əleyhinə silahlar və idarə olunan “TOW” raketlərinin daxil olduğu vurğulanıb.(“AzPolitika.info”)
KARUSEL / DÜNYA
Tarix: 4-07-2024, 13:51