mobil versiya

Şolts Almaniyanın Ukraynaya "Patriot" sistemləri göndərəcəyini açıqlayıb



Almaniya yaxın vaxtlarda Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemi göndərəcək.
Bunu Berlində Ukraynanın Bərpası üzrə Konfransdakı çıxışında Almaniyanın Kansleri Olaf Şolts bildirib.
O deyib ki, Ukraynaya həmçinin “IRIS-T”, “Gepard”, eləcə də bir neçə komplekt raket və silah-sursat göndəriləcək. Kansler həmçinin, bu dəstəyin məqsədini açıqlayıb:
“Hazırda Ukrayna ordusunun daha çox silah-sursata, xüsusilə də Hava Hücumundan Müdafiə sistemlərinə ehtiyacı var. Bu səbəbdən də yaxın həftələr və aylar ərzində biz sayca üçüncü “Patriot” sistemini bu ölkənin istifadəsinə göndərəcəyik. Rəsmi Kiyevə həmçinin əlavə silah-sursat da təhvil verilməsi planlaşdırılır. Bunu ona görə edirik ki, Rusiya və Putin qələbə qazanmağın mümkünsüzlüyün dərk etsin. 2022-ci il fevralın 24-dən etibarən ölkəmiz Ukrayna tərəfinə 30 milyard avro məbləğində hərbi dəstək göstərib”.(apa)

KARUSEL / DÜNYA
Tarix: 11-06-2024, 16:48