mobil versiya

Litva hazırlığa başladı - “Patriot” sistemləri yerləşdirildi



Litvanın paytaxtı Vilnüsdə sabah başlayacaq NATO sammiti üçün Almaniyanın “Patriot” hava hücumundan müdafiə sistemləri artıq hava limanında yerləşdirilib.
Trend xəbər verir ki, aprel ayında Finlandiyanın iştirakı ilə sayı 31-ə yüksələn üzv ölkələrin dövlət və hökumət başçıları ilə yanaşı, İsveç, Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya liderləri də sammitə qatılacaq.
Sammitdən öncə Litvanın paytaxtında yüksək səviyyəli təhlükəsizlik tədbirləri görülüb.
KARUSEL / DÜNYA
Tarix: 10-07-2023, 17:12