Terrorçularla mübarizə aparılmayana qədər İsveçin NATO-ya üzvlüyünü təsdiq etməyəcəyik - Ərdoğan
Terror təşkilatları və İslam düşmənləri ilə qəti şəkildə mübarizə aparılmayana qədər Türkiyə İsveçin NATO-ya üzvlüyünü təsdiq etməyəcək.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AK Parti) İstanbul bayram proqramında çıxışı zamanı deyib.
Prezident Ərdoğan onu da bildirib ki, fikir azadlığı adı altında Qurani-Kərimin yandırılmasına yol verənlər məqsədlərinə çatmayacaqlar.
Qeyd edək ki, 28 iyun tarixində İsveç polisi paytaxt Stokholmda məscidin qarşısında Qurani-Kərimin yandırılmasına icazə verib.
Məlumat üçün bildirək ki, 11-12 iyul tarixlərində Litvanın paytaxtı Vilnüsdə İsveçin alyansa üzvlük müraciətinin müzakirə ediləcəyi NATO sammitində Türkiyə də iştirak edəcək.
İsveç və Finlandiya 2022-ci il mayın 18-də NATO-ya üzv olmaq üçün rəsmi müraciət ediblər. Bu ölkələrin NATO-ya üzv ola bilməsi üçün alyansın bütün üzvləri protokolu ratifikasiya etməlidir. Lakin Türkiyə bu ölkələr silah embarqolarını qaldırana və öz ərazilərində terror təşkilatlarına qarşı mübarizəni gücləndirənə qədər protokolu ratifikasiya etməkdən imtina edib.
Aprelin 1-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu təsdiqləyib.
KARUSEL / DÜNYA

Tarix: 30-06-2023, 10:47