İsveç NATO fonduna 923 min dollar köçürəcək
İsveç NATO-nun Terrorizmlə Mübarizə Fonduna 10 milyon kron (təxminən 923 min dollar) töhfə verəcək.
Bu barədə ölkə kanslerinin mətbuat xidməti məlumat yayıb.
“İsveçin terrorla mübarizə səyləri və NATO-ya üzvlük cəhdimizin bir hissəsi olaraq hökumət NATO-nun Terrorla Mübarizə Könüllü Milli Yardım Fonduna dəstək vermək qərarına gəlib. İsveç 10 milyon kron köçürəcək. Qrant beynəlxalq ictimaiyyətin terrorizmlə mübarizəsində NATO-nun rolunu dəstəkləmək və gücləndirmək məqsədi daşıyır”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, pul köçürməsilə bağlı bəyanat İsveçin baş naziri Ulf Kristerssonun Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü ərəfəsində verilib.
Mənbə: rossaprimavera.ru
SİYASƏT
Tarix: 8-11-2022, 13:22