mobil versiya

Saxta diplomlu “polkovnik” NATO-da xüsusi vəzifədə çalışıbmış



İsveç ordusunda “polkovnik” rütbəsinə kimi yüksələn saxta diplomlu şəxsin bir çox beynəlxalq vəzifələr tutduğu məlum olub.
Bu barədə İsveçin “Dagens Nyheter” qəzeti yazıb.

Saxta zabitin 2013-cü ildə NATO-nun Belçikadakı qərargahında xidmət etdiyi və 2019-cu ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) adından Malidə İsveç əsgərlərinə komandirlik etdiyi bildirilir.

Müdafiə naziri Peter Hultqvist olayı təsdiqləyib. İsveç Baş Qərargah rəisi saxta zabitlə əlaqədar istintaq başlatdığını açıqlayıb.
Kosovo və Əfqanıstandan bir çox beynəlxalq hərbi missiyalarda İsveç adından komandanlıq edən saxta zabitin 4 il İsveç Hərbi Kəşfiyyat və Təhlükəsizlik Xidmətində çalışdığı da məlum olub.//Oxu.Az

MARAQLI / KARUSEL / DÜNYA
Tarix: 16-01-2020, 11:20