mobil versiya

İsveç Yəməndə sülhün əldə olunması üçün vasitəçilik edəcək


İsveç Yəməndə sülhün əldə olunması üçün vasitəçilik edəcək.
APA-nın İsveç Xarici İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Xarici İşlər naziri Marqot Vallström avqustun 31-dən sentyabrın 4-dək  Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Oman və İordaniyada səfərdə olacaq.
Səfər çərçivəsində bu ölkələrin xarici işlər nazirləri ilə görüşəcək xanım Vallström ikitərəfli və regional məsələləri, o cümlədən Yəməndəki vəziyyəti müzakirə edəcək.
İsveçin Xarici İşlər naziri regiondakı vəziyyəti müzakirə etmək üçün BMT-nin bu ölkələrdəki nümayəndələri ilə də görüşlər keçirəcək.

Zümrüd Paşkin /APA/





SİYASƏT / DÜNYA
Tarix: 30-08-2019, 14:13