mobil versiya

İsveç Ukraynaya daha müasir silahlar verəcək



İsveç yeni müdafiə siyasətinin nümunəsi kimi Ukraynanı daha müasir silahlarla təmin edəcək.
Bu barədə İsveçin müdafiə naziri Pol Yonson bildirib.
O qeyd edib ki, İsveç Rusiyaya qarşı müharibədə Kiyevi daha fəal dəstəkləyəcək.
“Mənim Ukraynanın müdafiə naziri Aleksey Reznikovla ilk ikitərəfli görüşüm oldu”, - deyə Yonson bildirib.
Qeyd edək ki, İsveç hökuməti məhz hansı müasir silahların göndəriləcəyini hələ dəqiqləşdirməyib.//Oxu.az

DÜNYA
Tarix: 1-11-2022, 12:24