Təhlükəsizlik Şurası: Ukraynanı ağır müharibə gözləyir
Ukrayna özünü müdafiə etmək və müqavimət göstərmək üçün daha çox silaha ehtiyaclıdır.
BAKU.WS xəbər verir ki, bu sözləri Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının baş katibi Aleksey Danilov bildirib.
O, etiraf edib ki, Rusiya ağır silahlarla bağlı ciddi üstünlüyə malikdir və ölkəni ağır müharibə gözləyir.
Aleksey Danilov əlavə edib ki, Ukrayna özünü müdafiəni təmin etmək üçün çox sayda uzaqmənzilli artilleriya, yaylım atəşi sistemləri və ağır silahlara malik olmalıdır.
KARUSEL / ÖLKƏ
Tarix: 1-07-2022, 11:23