mobil versiya

"Müharibə genişlənsə, Rusiya fəal iştirak edəcək" - POLİTOLOQ




"Qarabağda Azərbaycanın qalibiyyəti müəyyən dərəcədə Kiyevdə ümidlər doğurub".

Bu sözləri Redaktor.az-a politoloq Məhəmməd Əsədullazadə Ukrayna ordusunun Donetsk separatçılarına qarşı hərbi əməliyyatlara başlaması haqda yayılan xəbərləri şərh edərkən deyib. O, Ukraynanın sentyabr ayında Donbas ətrafına ağır artilleriya və yeni hərbi birləşmələr göndərdiyini bildirib:

“Ukrayna-Turkiyə əlaqələrinin inkişafı və hərbi-texniki əməkdaşlıq çərçivəsində Kiyevə “Bayraqdar” verilməsinin Donbasdakı vəziyyətə təsir edəcəyi gözlənilən idi. İndi Rusiya çalışır ki, status-kvo saxlanılsın. Amma Kiyev buna gedə bilməz. Məhz hərbi təzyiqlər nəticəsində Ukrayna çalışır ki, danışıqlarda güzəşt əldə etsin. Ukrayna ordusu hərbi-taktiki cəhətdən də xeyli güclənib. Üstəlik Co Baydenin hakmiyyətə gəlişi prosesləri qızışdıra bilər”.

Politoloq hazırda geniş muharibənin gözlənilmədiyini bildirib:

“Lokal döyüşlər Ukrayna üçün bir testdir. Hesab edirəm ki,döyüşlər lokal olaraq Ukraynanın maraqlarına cavab verir. Yeni ərazilər əldə edir. Lakin bu, Rusiya üçün baş ağrısıdır. Düşünürəm ki, ABŞ-da C.Bayden hakimiyyətə gələndən sonra Ukrayna Donabasa təzyiqləri artıracaq. Əgər müharibə genişlənsə, Rusiya da fəal şəkildə iştirak edəcək. Amma rəsmi Moskvayaya ağır sanksiyaların tətbiq ediləcək. Bu baxımdan, hesab edirəm ki, Rusiya Ukraynaya müəyyən qədər güzəştə gedəcək. Çünki baş verənlər Ukraynanın leyhinə dəyişəcək”.
SON XƏBƏR / KARUSEL / DÜNYA
Tarix: 1-12-2020, 11:12